21 
Okt
2020
08:09
39
758
10240
Virtual karabakh

Ata ovda səhvən oğluna atəş açaraq onu öldürüb

21 Okt, 2020
08:09
10240

Ata ovda səhvən oğluna atəş açaraq onu öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Primorski vilayətində ailə faciəsi yaşanıb.

REN TV xəbər verir ki, yerli sakinlərdən biri təqaüddə olan atası ilə ova yollanıb.

İlkin məlumatlara görə, ata və oğul meşə massivində ayrılaraq müxtəlif istiqamətlərə üz tutublar.

Qısa müddət sonra gənc oğlan qışqıraraq atasından qabanı nişan almasını istəyib.

Bu zaman kişi ov tüfəngi ilə atəş açıb. Nəticədə güllə səhvən oğluna dəyib və o ölüb.  

Hazırda istintaq aparılır. Yaşlı ataya yaşayış yerini tərk etmək qadağan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri