22 
Okt
2020
05:02
232
33
9331
Virtual karabakh

Bədənin koronavirusa qarşı qorunmasının qarşısını alan amil açıqlandı

Bədənin koronavirus infeksiyasına qarşı qorunması temperaturun qəfil dəyişməsi nəticəsində orqanizmin həddindən artıq soyuması ilə əlaqədar azala bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rospotrebnadzor”dan (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) xəbərdarlıq edilib.

Bildirilib ki, bu dövrdə evlərdə, iş yerlərində istilik sistemlərinin işləməsinə və funksionallığına, qızdırıcı avadanlığın səmərəliliyinə diqqət yetirmək lazımdır.

Qurumdan o da vurğulanıb ki, məktəbəqədər təhsil müəssisələrinin kiçik, orta və yuxarı qruplarının oyun sahələrindəki normalara görə istilik 21-23 dərəcə, uşaq bağçalarında yataq otağında 19-20 dərəcə, məktəb siniflərində 18-24 dərəcə, tibb müəssisələrinin palatalarında 20-26 dərəcə, kimsəsiz və valideyn himayəsindən kənarda qalan uşaqlar üçün təşkilatlarda istirahət və oyun otaqlarında ən azı 20 dərəcə, yaşlılar, fiziki məhdudiyyətli və əlil insanlar üçün sosial xidmət təşkilatlarındakı yaşayış otaqlarında 20-22 dərəcə olmalıdır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri