21 
Okt
2020
16:39
36
533
9100
Virtual karabakh

Gürcüstanda bankda girov götürülənlərin görüntüləri yayıldı - YENİLƏNİB + VİDEO

21 Okt, 2020
16:39
9100

Gürcüstanda bankda girov götürülənlərin görüntüləri yayıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Zuqdidi şəhərində “Bank of Georgia”nın işçilərini və müştərilərini girov götürən şəxslər onların görüntülərini yayıb.

Bu barədə “Mash” “Telegram” kanalı məlumat paylaşıb.

Son dərəcə yaxşı silahlanmış adamlardan biri insanları diz çökdürərək, onlara silah dayayıb.

Digər şəxs isə bu hadisəni lentə alıb.

Qeyd edək ki, bəzi girovlar qaçmağa nail olublar.

16:01

Gürcüstanın Zuqdidi şəhərində əlində qumbara və avtomat silah olan şəxs “Bank of Georgia”nın işçilərini və müştərilərini girov götürüb.

Bu barədə RT xəbər yayır.

Bankda 30-a yaxın girovun olduğu bildirilir.

Cinayətkarların iki nəfər ola biləcəyi istisna edilmir. Soyğun barədə siqnal səslərindən sonra əraziyə polis və xüsusi təyinatlılar cəlb edilib.

Hüquq-mühafizə işçiləri yaxınlıqda yaşayanları təxliyyə ediblər.

Şahidlər silah səslərinin eşidildiyi deyirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri