21 
Okt
2020
16:51
400
131
3469
Virtual karabakh

Nigeriyada həbsxanaya basqın: İki minə yaxın məhbus qaçdı - VİDEO

21 Okt, 2020
16:51
3469

Nigeriyada həbsxanaya basqın: İki minə yaxın məhbus qaçdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriyada polis daxilində yaradılan Xüsusi Oğurluqla Mübarizə Komandasına qarşı etirazlar davam edir.

“Habertürk” ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, etiraz aksiyaları zamanı Laqosa silahlıların basqın etdiyi iki həbsxanadan təxminən iki min məhbus qaçıb.

Silahlılar həbsxana işçilərini saxlayaraq, məhbusların qaçmasına şərait yaradıblar.

Ümumilikdə 1993 məhkum itkin düşüb.

Laqosda 24 saatlıq komendant saatı elan edilib.

Edo əyalətində dünən bir həbsxanaya etirazçıların basqını nəticəsində təxminən 200 məhbusun qaçdığı qeyd olunur.

Ötən həftədən bəri ölkənin müxtəlif əyalətlərində keçirilən etiraz aksiyalarında ən az 15 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri