22 
Okt
2020
00:42
980
77
16960
Virtual karabakh

Gürcüstanda banka basqın edən şəxsin tələbləri yerinə yetirildi: O, polis maşını ilə qaçdı - YENİLƏNİB+VİDEO

22 Okt, 2020
00:42
16960

Gürcüstanda banka basqın edən şəxsin tələbləri yerinə yetirildi: O, polis maşını ilə qaçdı - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanın Zuqdidi şəhərində “Bank of Georgia”nın binasını ələ keçirərək təxminən 20 nəfəri girov götürən silahlı cinayətkar binanı polis avtomobilində tərk edib.

Bu barədə “Sputnik Georgia” məlumat yayıb.

Bildirilib ki, girovlardan biri İrakli Kvaratsxeliya “Facebook” səhifəsində vəziyyət barədə danışıb. Onun sözlərinə görə, kişi üç nəfər istisna olmaqla girovların çoxunu sərbəst buraxıb. Binadan çıxarkən əlində əl bombası tutaraq özünü girovların arxasında gizlədib. Girovların hamısı kişilər olub və onlar əlləri bağlı saxlanılıb.

Bundan əlavə, nəşr polis məmurlarından birinin danışıqlar zamanı bir çanta pul gətirərək cinayətkarlara könüllü təslim olduğunu qeyd edib. Yerli KİV-lərin verdiyi məlumata görə, hadisə yerindən canlı yayım edən jurnalistlər onun polisi rəisi olduğunu bildiriblər.

Hələlik şəhəri tərk edən cinayətkarın bir neçə girovla bərabər harda olduğu ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat vermir. Ehtimal olunur ki, onlar Gürcüstan tərəfinin nəzarət etmədiyi əraziyə birtəhər keçmək ümidi ilə Abxaziyaya tərəf yönəlib.

Qeyd edək ki, daha əvvəl yerli mətbuat cinayətkarın saxlanması ilə bağlı məlumat yaymışdı.

22:21

Gürcüstanın Zuqdidi şəhərində “Bank of Georgia”nın girov götürülmüş işçilərinin və müştərilərinin azad edilməsi üçün xüsusi əməliyyat keçirilib.

“TV Pirveli”nin məlumatına görə, girov götürülmüş şəxslərin hamısı azad edilib.

“İmedi” telekompaniyası isə həmçinin cinayəti törətməkdə çübhəli bilinən şəxsin saxlandığını qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri