22 
Okt
2020
09:16
25
559
2955
Virtual karabakh

Cənubi Koreyada məcburi qrip peyvəndi edilən 13 nəfər öldü

22 Okt, 2020
09:16
2955

Cənubi Koreyada məcburi qrip peyvəndi edilən 13 nəfər öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreyada məcburi qrip peyvəndindən sonra 13 nəfər ölüb.

Bu barədə TASS ölkənin Səhiyyə və Sosial Rifah Nazirliyinin məlumatına istinadən xəbər yayıb.

İlk ölüm hadisəsinin 16 oktyabrda İnçxon şəhərində baş verdiyi bildirilir. 17 yaşlı məktəbli peyvənddən bir müddət sonra vəfat edib. Onun ardınca Seulda, Kenqido qəsəbəsində və digər bölgələrdə oxşar hadisələr baş verib.

Qeyd edilir ki, ölənlərin əksəriyyəti yaşlı insanlardır.

Həkimlər bildiriblər ki, ən azı altı hadisədə istintaq peyvəndlə insanların ölümü arasında birbaşa əlaqəni aşkar etməyib. Ən çox görülən yan təsirlərdən olan anafilaktik şok ehtimalı üçün də testlər mənfi nəticə verib. Eyni zamanda, peyvəndlərdə heç bir zəhərli maddə tapılmayıb.

Bu baxımdan, ölkənin Səhiyyə Nazirliyi COVİD-19 pandemiyası fonunda bu il məcburi olan qrip peyvəndinin dayandırılması üçün bir səbəb olmadığını düşünür.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri