22 
Okt
2020
14:10
285
95
5123
Virtual karabakh

Gürcüstanda polislə insanları girov götürən şəxs qaçdı

22 Okt, 2020
14:10
5123

Gürcüstanda polislə insanları girov götürən şəxs qaçdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Gürcüstanın Zuqdidi şəhərində “Bank of Georgia”ya hücumu zamanı cinayətkarın polis və iki girovla qaçdığı bildirilmişdi.

“Sputnik Gürcüstan” xəbər verir ki, Sameqrelo-Zemo Svaneti regional polis idarəsinin direktoru Avtandil Qaldava jurnalistlərə açıqlamasında girovların və özünün yaxşı olduğunu deyib.

Gürcüstanın Daxili İşlər nazirinin müavini Vladimir Bortsvadze bildirib ki, girov götürülmüş şəxslərin hamısının səhhəti ilə bağlı vəziyyətləri stabildir:

“Heç kimə zərər dəyməyib. Hər girovla bağlı istintaq tədbirləri görülür”.

Qeyd edək ki, silahlı cinayətkar Çxorotsku rayonunun Kirtsxi kəndi yaxınlığında meşədə üç girovu azad etdikdən sonra qaçıb.

Xatırladaq ki, Qaldava girov götürdüyü insanların azad olunması müqabilində özü terrorçu ilə gedib. Sosial şəbəkələrdə onun şəkilləri sürətlə yayıldı və onu qəhrəman adlandırdılar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri