23 
Okt
2020
10:24
30
356
2150
Virtual karabakh

Cənubi Koreyada 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra öldü

23 Okt, 2020
10:24
2150

Cənubi Koreyada 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Koreyada qripə qarşı peyvənd olunduqdan sonra ölənlərin sayı 32 nəfərə çatıb.

Bu barədə TASS ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, oktyabrın 16-dan sonra ölkədə 32 nəfər qripə qarşı peyvənd olunduqdan sonra həyatını itirib. Həkimlərin dediyinə görə, onların bir çoxu ciddi xəstəliklərdən əziyyət çəkib.

Həmin şəxslərin meyitlərindən alınan toxuma nümunələrinin müayinələri də daxil olmaqla, hər birinin dəqiq ölüm səbəbini müəyyənləşdirmək üçün araşdırmalar aparılır. Eyni zamanda, qeyd olunur ki, bir neçə milyon insan peyvənd edilib və onlardan heç birində əks təsir aşkarlanmayıb.

Ölüm faktlarına baxmayaraq, peyvəndləmə prosesinin dayandırılmayacağı bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri