24 
Okt
2020
04:40
535
59
10403
Virtual karabakh

Dörd gün meşədə azıb qaldı: Giləmeyvə yedi, yerdə yatdı

24 Okt, 2020
04:40
10403

Dörd gün meşədə azıb qaldı: Giləmeyvə yedi, yerdə yatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Tomsk vilayətində bir kişi tayqada azıb.

Bu barədə Vesti.ru yerli telekanallara istinadla məlumat yayır.

Belə ki, oktyabrın 16-da kişi meyvə topmalaq üçün evdən çıxıb və geri qayıtmayıb.

İki gün sonra qardaşı bu barədə vilayət üzrə fövqəladə hallar idarəsindən kömək istəyib. İtkin düşən şəxsin axtarışına könüllülər də cəlb olunub.

Oktyabrın 22-də bir balıqçı meşədə tanımadığı adamla görüşdüyünü deyib.

O, qeyd edib ki, kişi neçə gündür tayqada gəzdiyini deyib və ondan kəndə qayıtmasına kömək etməsini istəyib.

Məlum olub ki, Aleksandr meşəyə quşüzümü yığmağa gedib və yolu itirib. O, yeməyə heç nəyi olmadığı üçün giləmeyvə ilə qidalanıb. Gecə budaqlardan özünə yataq düzəldib. Aleksandr kəndlərindən təxminən 30 kilometr məsafədə tapılıb.

Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri