23 
Okt
2020
13:24
252
32
3231
Virtual karabakh

ABŞ-da ən böyük irqi qiyamın yaşandığı şəhərdə qardaşlıq məzarlığı tapıldı - FOTO/VİDEO

23 Okt, 2020
13:24
3231

ABŞ-da ən böyük irqi qiyamın yaşandığı şəhərdə qardaşlıq məzarlığı tapıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Oklahoma ştatındakı Talsa şəhərində ən azı on nəfərin qalıqlarının olduğu adsız qardaşlıq məzarlığı tapılıb.

“The Independent”in məlumatına görə, ölənlərin ABŞ tarixində ən böyük irqi qiyamların qurbanları ola biləcəyi ehtimal olunur.

Məzarlıq 1921-ci ildə baş verən “Talsa qırğınları”nın qurbanlarının axtarışı ilə bağlı şəhər bələdiyyəsinin göstərişi ilə qazıntılar zamanı aşkarlanıb.

Arxeoloq Kerri Stekelbek ölənlərin irqi qiyamlarla əlaqəli ola biləcəyini deyib. Bununla belə, o, hər hansı bir nəticə çıxarmaq üçün hələ tez olduğunu, buna görə ekspertiza keçiriləcəyini vurğulayıb.

“Qardaşlıq məzarlığının mənşəyini müəyyənləşdirmək və kimin dəfn olunduğunu öyrənmək üçün çox işlər görülməlidir. Hazırda bizə ancaq qəbiristanlığın ərazisində bu günə qədər heç kimin bilmədiyi qardaşlıq məzarlığı olduğu məlumdur”, - deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri