24 
Okt
2020
06:00
66
513
24406
Virtual karabakh

Yaxınlarının məzarını ziyarətə getdilər, gördükləri mənzərə dəhşətə gətirdi - VİDEO

24 Okt, 2020
06:00
24406

Yaxınlarının məzarını ziyarətə getdilər, gördükləri mənzərə dəhşətə gətirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Sivas vilayətinin Hafik rayonunda qəbirstanlıq bənd sularının altında qalıb.

“Haber Global” məlumat verir ki, suyun çəkildiyi zaman bənd suyunun altındakı kənd qəbiristanlığı üzə çıxıb və qəbiristanlığa dua etməyə gedən kənd sakinləri yaxınlarının sümüklərini görəndə dəhşətə gəliblər. Bəzi yerlərdə su altında görünən məzarlar da diqqət çəkib.

2009-cu ildə inşası başa çatan Pusat içməli su və suvarma anbarı Pusat və Maden kənd qəbiristanlığını basıb. Bu il əkinçilik üçün suvarma aparıldıqda bəndin suyu boşaldılıb və uzun müddət su altında qalan məzarlar üzə çıxıb.

Kənd sakinləri belə vəziyyətdən narahat olduqlarını bildiriblər və məzarlığın başqa yerə köçürülməsini istəyiblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri