23 
Okt
2020
14:47
1014
19
5548
Virtual karabakh

Fransalı deputat müsəlmanların hədəf alınmasına reaksiya verdi: “Çox narahatam, ölkə ağlını itirib?”

23 Okt, 2020
14:47
5548

Fransalı deputat müsəlmanların hədəf alınmasına reaksiya verdi: “Çox narahatam, ölkə ağlını itirib?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada siyasətçilərin əksəriyyətinin İslamı və müsəlmanları hədəf alan açıqlamaları ölkənin ən mübahisəli gündəminə çevrilib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Fransada LFI (Boyun Əyməyən Fransa) partiyasının millət vəkili və jurnalist Klementin Autin qatıldığı canlı yayımda bildirib ki, Fransada artan islamofobiya ölkəni təhlükəli vəziyyətə və vətəndaş müharibəsinin astanasına sürükləyir.

Ölkədə sağçı və radikal sağçı münasibətlərin və yanaşmaların bu gün nifrət mühiti yaratdığına diqqət çəkən deputat qeyd edib ki, “Müzakirələrin gəldiyi nöqtəyə baxanda çox narahat oluram. Bu ölkə (Fransa) ağlını itirib?”.

O bildirib ki, ölkədə bir çox siyasətçi sanki “hansımız daha çox sağçı olarıq” yarışına giriblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri