24 
Okt
2020
03:40
29
429
2999
Virtual karabakh

Tbilisidə orta yaşlı kişi küçənin ortasında güllələndi

24 Okt, 2020
03:40
2999

Tbilisidə orta yaşlı kişi küçənin ortasında güllələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tbilisidə orta yaşlı bir kişi küçənin ortasında öz avtomobilində güllələnərək öldürülüb.

Bu barədə “Sputnik” xəbər verib.

Şahidlərin sözlərinə görə, onlar beş-altı atəş səsi eşidiblər. Atəş açan şəxs hadisə yerindən qaça bilib.

Kişinin maşını çörək sexinin kənarında dayanmışdı. Ehtimal ki, o, çörək almağa hazırlaşıb, ancaq maşından düşməyə imkan tapmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin iki maddəsi – “qətl” və “qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə” maddəsi ilə istintaqa başlanılıb.

Hadisə yerində hazırda kriminalistlər işləyirlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri