24 
Okt
2020
08:40
43
605
3737
Virtual karabakh

Koronavirusa yoluxmaqdan qorxan qadın infarktdan öldü

24 Okt, 2020
08:40
3737

Koronavirusa yoluxmaqdan qorxan qadın infarktdan öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada iki uşaq anası olan Coana Mills koronavirusa yoluxmaqdan qorxduğu üçün xəstəxanaya müraciət etməyib və infarktdan ölüb. 

Bununla bağlı “Daily Mail” məlumat yayıb. 

Qadının sinəsində bir neçə gün əvvəl güclü ağrılar başlayıb. Uşaqları Millsə həkimə müraciət etməyin vacibliyini bildiriblər. Ancaq qadın ancaq telefonla həkimə problemlərini açıqlayıb. 

Bir neçə gün sonra isə qadının halı pisləşib və hamam otağında huşunu itirib. Həyat yoldaşı Deniel Bil təcili tibbi yardım çağırıb. Qadın özünə gəlib və ayaqqabılarını geyinərək, maşına əyləşib. Ancaq avtomobildə o, yenidən huşunu itirib. Həkimlər 15 dəfə qadını həyata qaytarıblar. Ancaq sonuncu dəfə onun həyatını xilas etmək mümkün olmayıb. 

Araşdırmalar nəticəsində onun infarktdan öldüyü təsdiqlənib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri