24 
Okt
2020
09:33
33
325
1350
Virtual karabakh

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA

24 Okt, 2020
09:33
1350

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi - STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada 42 490 278 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 1 149 237 xəstə ölüb, 31 427 585 nəfər sağalıb.

Asiyada 12 983 722, Şimali Amerikada 10 482 747, Cənubi Amerikada isə 9 274 079 nəfərdə virus aşkarlanıb.

Virusa yoluxma sayı 1 milyonu keçən dövlətlər ABŞ (8 746 953 nəfər), Hindistan (7 814 682 nəfər), Braziliya (5 355 650 nəfər), Rusiya (1 480 646 nəfər) İspaniya (1 110 372 nəfər), Argentina (1 069 368 nəfər) və Fransadır (1 041 075).

İranda 556 891, Türkiyədə 357 693, Ermənistanda 73 310, Gürcüstanda isə 24 562 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 48 221 nəfərin 656-sı ölüb, 40 831-i sağalıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri