24 
Okt
2020
23:15
1508
39
7399
Virtual karabakh

Ermənilərin təxribatı alınmadı: Yusif Eyvazov Böyük Teatrın səhnəsini Plasido Dominqo ilə bölüşdü - VİDEO

24 Okt, 2020
23:15
7399

Ermənilərin təxribatı alınmadı: Yusif Eyvazov Böyük Teatrın səhnəsini Plasido Dominqo ilə bölüşdü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Xalq Artisti, opera müğənnisi Yusif Eyvazov Rusiya Dövlət Akademik Böyük Teatrının səhnəsində dünya şöhrətli tenor Plasido Dominqonun konsertində iştirak edib.

Bu barədə “Facebook” sosial şəbəkəsində məlumat verilib.

Xatırladaq ki, konsertdən əvvəl ermənilərin azərbaycanlı tenora qarşı məkrli plan hazırladığı barədə xəbərlər yayılmışdı.

Sosial şəbəkələrdə sənətçinin konsertdə iştirakını pozmaq məqsədi güdən tələblər dərc edilirdi.

Lakin konsertdən çəkilən həvəskar çəkilişdən də aydın görünür ki, azərbaycanlı tenorun konserti baş tutub, Böyük Teatrının tamaşaçıları səhnəyə çıxan sənətçimizi böyük rəğbətlə qarşılayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri