25 
Okt
2020
06:46
42
864
7689
Virtual karabakh

Batareya udan üç yaşlı qız həkim səhlənkarlığından öldü

25 Okt, 2020
06:46
7689

Batareya udan üç yaşlı qız həkim səhlənkarlığından öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyada üç yaşlı qız batareya udaraq ölüb.

Bu barədə “ABC News” məlumat yayıb.

Bildirilib ki, əvvəlcə qız boğaz ağrısından şikayətlənib və tez-tez ürəyi bulanırmış. Sonra anidən burun qanaması olub və sinə ağrısı başlayıb.

Qız xəstəxanaya aparılıb və həkimlər onun virusa yoluxduğunu, bir neçə gün ərzində keçəcəyini söyləyiblər. Amma onu heç vaxt rentgen müayinə etməyiblər.

Gecə anası qızının dəhşətli şəkildə öskürdüyünü eşidib və onu yoxlamaq üçün getdiyində qızının qanlar içində qaldığını görüb. Təkrar həkimlər çağrılıb və məlum olub ki, udduğu batareyalar qızın yemək borusunu yandıraraq aortaya girib.

Həkimlər körpəni dərhal iki dəfə əməliyyat etsə də, onu xilas etmək mümkün olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri