25 
Okt
2020
20:16
642
81
5400
Virtual karabakh

ABŞ seçkiləri: Britaniya Baydenin qələbəsi ehtimalından narahatdır

25 Okt, 2020
20:16
5400

ABŞ seçkiləri: Britaniya Baydenin qələbəsi ehtimalından narahatdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya rəhbərliyi qarşıdan gələn 3 noyabr seçkilərində demokratların namizədi Co Baydenin qalib gəlməsi perspektivindən narahatdır.

Bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, rəsmi London C.Baydenin seçkidə qələbə qazanacağı halda ABŞ-Böyük Britaniya münasibətlərində soyuqluq yaranmasından və bunun da qısa müddət ərzində sərbəst ticarət anlaşmasının imzalanmasına əngəl törətməsindən narahatdır.

Sözügedən sənədin imzalanması hazırkı prezident, “Brexit”i dəstəkləyən Donald Tramp üçün prioritet təşkil etdiyi halda Co Bayden üçün bunu söyləmək olmaz. Üstəlik, demokratların namizədi “Brexit”ə də skeptik yanaşıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri