27 
Okt
2020
08:50
453
82
2395
Virtual karabakh

Yaponiya nüvə silahlarını qadağan edən kampaniyaya qoşulmayacaq

Yaponiya 22 yanvar 2021-ci il tarixində qüvvəyə minməli olan Nüvə Silahlarının ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyaya (ICAN) qoşulmaq niyyətində deyil, lakin nüvə silahları olmayan bir dünyanın müdafiəsini davam edəcək.

Bu barədə TASS ölkənin Nazirlər Kabinetinin baş katibi Katsunobu Katonun açıqlamasına istinadən xəbər yayır:

“Yaponiya nüvə silahı olmayan bir dünya üçün hərəkatın lideri rolunu oynamağa davam edəcək”.

O qeyd edib ki, Yaponiya nüvə silahının ləğvini həyata keçirir.

Yaponiyanın rəsmi mövqeyinə görə, sənədin nüvə və nüvə olmayan güclər arasında konsensus olmadan qəbul edilməsi müqavilənin həyata keçirilməsinə imkan verməyəcək:

“Ölkəmiz buna imza atmayacaq. Bunu dəfələrlə səsləndirdik, mövqeyimizdə heç bir dəyişiklik yoxdur”.

ICAN BMT-yə üzv olan 122 dövlətinin dəstəyi ilə 7 iyul 2017-ci ildə Nyu Yorkda qəbul edilib. Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransa da daxil olmaqla nüvə gücləri bu razılaşmaya qoşulmayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri