26 
Okt
2020
14:33
190
518
6924
Virtual karabakh

Polşada aborta qadağaya görə etirazlar başladı - FOTO/VİDEO

26 Okt, 2020
14:33
6924

Polşada aborta qadağaya görə etirazlar başladı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dölün qüsurları səbəbindən abort qadağasına etiraz edən minlərlə polşalı ölkənin müxtəlif şəhərlərində aksiya keçirib.

Bu barədə “The Sun” xəbər yayıb.

Etirazlar Varşava, Qdansk, Poznan və digər şəhərlərdə baş tutub.

Feministlər və insan hüquqları müdafiəçiləri abortları dəstəkləyən yazılarla, kilsələrin önündə də oturaraq etiraz ediblər.

“Mənim bədənim-mənim seçimim”, “Kilsə, siyasətdən rədd ol” şüarları səsləndirən nümayişçilər bəzi kilsələrdə bazar ibadətini dayandırıblar.

Polisin etirazı zorakılıqla dağıtdığı, 15 nəfərin nəzarətə götürüldüyü bildirilib.

Xatırladaq ki, Polşada dölün xəstəliyinə görə abortu qadağan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri