26 
Okt
2020
15:44
766
141
4131
Virtual karabakh

SOCAR Ukraynanın Lvov şəhərinin sakinlərinə fontan hədiyyə edib - VİDEO

26 Okt, 2020
15:44
4131

SOCAR Ukraynanın Lvov şəhərinin sakinlərinə fontan hədiyyə edib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SOCAR Blago” Xeyriyyə Fondu Ukraynanın Solomiya Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrının qarşısındakı meydanın yenidən qurulmasını başa çatdırıb.

SOCAR Enerji Ukraynanın rəsmi saytından verilən məlumata əsasən, meydan və fəvvarə şirkətin Lvov sakinlərinə və şəhərin qonaqlarına hədiyyəsi olub.

Opera və Balet Teatrının qarşısındakı 10 il bundan əvvəl qurulmuş köhnə fəvvarə demontaj edilib, yeni texnologiyalara əsaslanan fəvvarə layihəsi hazırlanaraq həyata keçirilib. 

Layihənin əsas məqsədi Opera teatrının baş fasadının memarlıq xüsusiyyətlərini nəzərə almaqla meydanı müasir və maraqlı bir yerə çevirməkdən ibarət idi. Meydan Opera teatrına tərəf uzanmış skripka formasını alıb. Layihənin daha bir xüsusiyyəti ondan ibarətdir ki, fəvvarənin şırnaqları Ukrayna və Azərbaycan bəstəkarlarının məşhur simfonik əsərlərinin musiqisi ilə eyni taktda axır.

Günün qaranlıq vaxtlarında fəvvarə LED lampaları ilə işıqlandırılır ki, bu da yaratdığı effektlə yanaşı, həm də şəhər üçün iqtisadi cəhətdən sərfəlidir. Layihənin büdcəsi təxminən 2 milyon ABŞ dolları dəyərində olub.

Soyuqlar düşəndə fəvvarə söndürüləcək və şəhər tədbirlərinin keçirilməsində istifadə oluna biləcək piyada zonasına çevriləcək. Fəvvarənin rəsmi açılışı 2021-ci ilin baharına planlaşdırılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri