28 
Okt
2020
05:55
256
47
12340
Virtual karabakh

Koronavirusdan profilaktika üçün istifadəsi tövsiyə olunan preparatların adları açıqlanıb

28 Okt, 2020
05:55
12340

Koronavirusdan profilaktika üçün istifadəsi tövsiyə olunan preparatların adları açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Səhiyyə Nazirliyinin saytında COVID-19 müalicəsi üçün yenilənmiş tövsiyələr yerləşdirilib.

Bu barədə Lenta.ru xəbər yayıb.

Sənəddə koronavirusdan profilaktika üçün istifadəsi tövsiyə olunan preparatların adları açıqlanıb.

Məlumatda sağlam insanlara və risk qrupunda olan xəstələrə (yaşlılara və xroniki xəstəliklərdən əziyyət çəkənlərə) iki dərman - damla və ya sprey şəklində “rekombinant IFN-α”, ya da üç həftə ərzində həftədə iki dəfə 200 milliqram olmaqla “umifenovir” istifadə etmək tövsiyə olunur.

Yoluxmuş insanlarla təmasda olduqdan sonra isə profilaktika üçün hidroksixlorokin və ya  “rekombinant interferon alfa” ilə birlikdə “umifenovir” məsləhət görülür.

Koronavirusun müalicəsi üçün isə tövsiyə olunan dərmanların siyahısına altı ad - “favipiravir”, “hidroksixlorokin”, “azitromisin” (“hidroksixlorokinlə” birlikdə), “interferon-alfa” dərmanları, həmçinin “remdesivir”, “umifenovir” daxil edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri