31 
Okt
2020
04:00
54
572
9818
Virtual karabakh

Ekstremal attraksionda əylənən yeniyetmələr həlak oldu - FOTO

31 Okt, 2020
04:00
9818

Ekstremal attraksionda əylənən yeniyetmələr həlak oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyadan olan iki uşaq Yunanıstanda tətildə olarkən paraseylinqlə əyləncə zamanı həlak olub.

Bu barədə “Metro” xəbər verib.

Məlumata görə, üç yeniyetmə ekstremal attraksionda əylənmək istəyib. Lakin paraşütün qayığa bağlandığı ip güclü külək səbəbindən birdən qırılıb və turistləri qayalara çırpıb.

Onlardan ikisi - 15 yaşlı qız və 13 yaşlı oğlan daşlara çırpılaraq yerindəcə həlak olublar, 15 yaşlı qardaşları isə çoxsaylı ağır xəsarətlərlə yerli xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb. Səyyahlara qayıq və paraşüt verən şirkətin iki əməkdaşı həbs olunub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri