21 
Noy
2020
10:37
151
13
1552
Virtual karabakh

Gürcüstanda parlament seçkilərinin ikinci turu fərqli şəkildə başlayıb

21 Noy, 2020
10:37
1552

Gürcüstanda parlament seçkilərinin ikinci turu fərqli şəkildə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda parlament seçkilərinin ikinci turu başlayıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Seçicilərin ümumi sayı 2 140 210 nəfərdir. Səsvermə həmçinin, karantin zonalarında və özünü təcrid edənlər üçün də keçiriləcək. Bu cür seçicilər üçün əlavə 80 xüsusi məntəqə yaradılıb.

Bu dəfə seçicilər ilk turda ən yaxşı nəticə göstərən iki namizəd arasından seçim edəcəklər. Rəsmi olaraq müxalifət partiyaları namizədlərini seçkidən geri çəksələr də, səsvermədə qalıblar.

İkinci turu ilk turdan fərqləndirən cəhət bu dəfə seçkilərdə iştirak edən müxalifət partiyalarının təmsilçilərinin prosesi izləməməsi olacaq. Belə ki, müxalifət etiraz olaraq müşahidəçilərini geri çəkib və komissiya üzvlərini geri çağırıb.

Bununla belə, səsvermədə 9 521 partiya nümayəndəsi, 47 345 yerli və 920 beynəlxalq müşahidəçi iştirak edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri