21 
Noy
2020
19:28
771
93
3842
Virtual karabakh

Lavrov: “Dağlıq Qarabağla bağlı razılaşmaları şübhə altına alma cəhdləri uğursuzluqla nəticələnəcək”

21 Noy, 2020
19:28
3842

Lavrov: “Dağlıq Qarabağla bağlı razılaşmaları şübhə altına alma cəhdləri uğursuzluqla nəticələnəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya Dağlıq Qarabağla bağlı razılaşmaları şübhə altına alma cəhdlərinin olduğunu təsdiqləyir, lakin bu cəhdlər uğurla nəticələnməyəcək”.

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin nümayəndə heyətinin Azərbaycana səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

“Daha əvvəl də bildirdiyimiz kimi, bu razılaşmaları şübhə altına almaq cəhdlərinin olduğunu qeyd edirik. Ancaq düşünürəm ki, bu cəhdlər uğurla nəticələnməyəcək, çünki ilk növbədə, Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa və ABŞ da Dağlıq Qarabağ probleminin üçtərəfli ortaq bəyanatın hazırlanması və həyata keçirilməsində reallaşan prinsiplər əsasında həll olunmasını dəfələrlə vurğulayıblar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri