22 
Noy
2020
16:09
36
298
9215
Virtual karabakh

ABŞ-ın koronavirus peyvəndinin qiyməti açıqlandı

22 Noy, 2020
16:09
9215

ABŞ-ın koronavirus peyvəndinin qiyməti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Moderna” şirkətinin rəhbəri Stefan Bansel bildirib ki, koronavirusa qarşı hazırlanan peyvəndin dəyəri bir ədəd üçün 25-37 dollar arasında dəyişəcək.

Bu barədə “Welt am Sonntag” nəşri yazıb.

“Bu COVID-19-u ağır keçirən bir xəstə üçün səhiyyə sisteminin çəkdiyi xərci nəzərə aldıqda ədalətli bir rəqəmdir. Bizim üçün əsas maksimal gəlir götürmək deyil”, - deyə S.Bansel bildirib.

O qeyd edib ki, qiymət alınan preparatın sayından asılı olaraq dəyişəcək.

Şirkət rəhbərinin sözlərinə görə, “Moderna” ilin sonuna qədər 20 milyon doza peyvəndin istehsalına ümid edir.

Xatırladaq ki, bir qədər əvvəl şirkət koronavirusa qarşı 94.5 faiz effektivliyə sahib peyvəndin sınaqlarının üçüncü mərhələsini başa çatdırmaq üzrə olduğunu açıqlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri