23 
Noy
2020
23:20
609
13
5823
Virtual karabakh

Aİ Dəniz Qüvvələri “İrini əməliyyatı”nın Türkiyədən iznsiz aparıldığını etiraf etdi - YENİLƏNİB + FOTO

23 Noy, 2020
23:20
5823

Aİ Dəniz Qüvvələri “İrini əməliyyatı”nın Türkiyədən iznsiz aparıldığını etiraf etdi - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı Dəniz Qüvvələri “İrini əməliyyatı”nın Türkiyənin icazəsi olmadan aparıldığını etiraf edib.

Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb. 

Qeyd edək ki, Avropa İttifaqı Dəniz Qüvvələri tərəfindən BMT-nin Liviyaya silah məhdudiyyətləri tətbiq etmək məqsədi ilə 31 mart 2020-ci ildən Aralıq dənizində “İrini” Hərəkatına başlanılıb. Ancaq bir çoxları “İrini”ni qərəzli əməliyyat sayır. 

22:39

Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilir ki, Avropa İttifaqının, İtaliyanın Ankaradakı səfiri və Almaniyanın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər nazirinin müavini Sedat Önal tərəfindən nazirliyə çağırılıb.

Notanın səbəbi dünən Aralıq dənizi vasitəsilə Liviyaya ərzaq, boya və bu kimi məhsullar aparan Türkiyəyə məxsus ticarət gəmisində kapitanı yunan olan Almaniyaya məxsus “Hamburq” gəmisinin hərbi heyətinin beynəlxalq dəniz qanunlarına zidd olaraq axtarış aparmasıdır.

Türkiyə XİN-dən verilən açıqlamada deyilir: 

“Türkiyənin icazəsi olmadan bizə məxsus “Roseline A” ticarət gəmisinə “İrini əməliyyatı” çərçivəsində minib axtarış aparılması hadisəsinə etiraz edilib. Bununla bağlı əlaqədar ölkələrə nota verilib. Notada hadisənin beynəlxalq hüquqa zidd olduğu, təzminat hüquqlarımızın qorunduğu qeyd edilib”.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri