24 
Noy
2020
10:26
10
103
2210
Virtual karabakh

Koronavirusla bağlı SON STATİSTİKA

24 Noy, 2020
10:26
2210

Koronavirusla bağlı SON STATİSTİKA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada 59 515 380 nəfərdə koronavirus aşkar edilib.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 1 402 032 xəstə ölüb, 41 157 160 nəfər sağalıb.

Asiyada 15 887 319, Avropada 15 818 559, Şimali Amerikada 14 928 351, Cənubi Amerikada 10 743 716,  Afrikada isə 2 092 833 nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (12 777 174 nəfər), Hindistan (9 177 840 nəfər), Braziliya (6 088 004 nəfər), Fransa (2 144 660 nəfər) və Rusiyadır (2 114 502 nəfər).

İranda 866 821, Türkiyədə 453 535, Ermənistanda 126 709, Gürcüstanda isə 108 690 nəfərdə koronavirus müəyyən edilib.

Qeyd edək ki, sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm İrandadır (45 255 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 95 281 nəfərin 1 160-ı ölüb, 64 475-i sağalıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri