24 
Noy
2020
23:55
333
46
1763
Virtual karabakh

Tramp Şükranlıq günündə hind toyuqlarını “əfv” edəcək - VİDEO

24 Noy, 2020
23:55
1763

Tramp Şükranlıq günündə hind toyuqlarını “əfv” edəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da ənənəyə görə Şükranlıq gününü qeyd etməzdən əvvəl prezident tərəfindən “bağışlanacaq” iki hind toyuğuna adseçmə mərasimi təşkil edilir.

Ağ Evin rəsmi “Twitter” səhifəsində yerləşdirilən məlumata əsasən, 2020-ci il Donald Tramp tərəfindən “əfv” edilərək ömrünü bayram süfrəsində bitirməyəcək hind toyuqlarına Kukuruza və Poçatok adı verilib.

Ənənəvi “əfv mərasimi” Ağ Evin Gül bağçasında bu gün baş tutacaq.

ABŞ-da hindtoyuğunun prezident tərəfindən “əfv” günü 1963-cü ildən bəri keçirilir.

Şükranlıq günü noyabr ayının dördüncü cümə axşamı qeyd olunur və hind toyuğu bayramın ənənəvi yeməyi sayılır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri