26 
Noy
2020
09:30
24
235
2221
Virtual karabakh

Kuryer 78 yaşlı qadına istifadə müddəti üç il əvvəl bitmiş pizza gətirdi - FOTO

26 Noy, 2020
09:30
2221

Kuryer 78 yaşlı qadına istifadə müddəti üç il əvvəl bitmiş pizza gətirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kaliforniya ştatının Beverli-Hillz şəhərində onlayn sifariş verən müştərinin ünvanına 2017-ci ildə hazırlanmış pizza çatdırılıb.

Xəbəri “Los Angeles Times” nəşri yayıb.

Belə ki, 78 yaşlı amerikalı qadın evinin yaxınlığındakı supermarketdən ərzaq məhsulları və dörd yaşlı nəvəsi üçün dondurulmuş pizza sifariş verib.

Yaşlı qadın pizzadan pis qoxu gəldiyini və qəhvəyi rəngdə olduğunu müşahidə edib.

Dərhal məhsulun istehsal tarixinə baxan yaşlı qadın az qala şoka düşüb: qutunun üzərində pizzanın son istifadə tarixinin 12 dekabr 2017-ci ilə qədər olduğu qeyd olunub.

Supermarket rəhbərliyi qida təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulduğunu təsdiqləyərək müştəridən üzr istəyib və nöqsanı aradan qaldıracaqlarına söz verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri