26 
Noy
2020
15:56
20
163
4324
Virtual karabakh

Koronavirusa qalib gələn və uduzan məşhurlar – VİDEO

26 Noy, 2020
15:56
4324

Koronavirusa qalib gələn və uduzan məşhurlar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanı cənginə alan koronavirus pandemiyası davam edir. Hər gün xəstələrin sayında artım müşahidə olunur. Mütəxəssislər belə hesab edirlər ki, xəstələrin sayı açıqlanan rəsmi rəqəmlərdən xeyli artıqdır. 

Baku TV xəbər verir ki, koronavirusa yoluxanlar arasında bu günə qədər bir çox dünyaca məşhur şəxslərin adları çəkilir. 

Koronavirusa ilk yoluxan məşhurlar arasında İngiltərənin Baş naziri Boris Consun və Kanadanın Baş naziri Castin Trüdorun həyat yoldaşı Sofi Qrequar Trüdo, Olga Kurylenko, Tom Hanks xanımı Rita Wilson ilə birgə koronavirusa qalib gəldiklərini açıqlayıblar.

Koronavirusa yoluxan Amerika Prezidenti Donald Tramp və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da qısamüddətli müalicədən sonra hər ikisi sağalaraq, işlərinin başına qayıda biliblər.

Türkiyə mətbuatı da koronavirusa yoluxan və dünyasını dəyişən məşhurların bir neçəsinin adlarını təqdim edib. Həmin siyahıda Tanınmış aktyorlar Haldun Dormen, Timuçin Esen, Şener Şen, aktrisa Seda Bakan, Alina Boz türkiyəli müğənni İrem Derici, Birol Namoğlu, digər məşhur Eser Yenenler koronavirusa yoluxanlar sırasındadırlar.

Azərbaycanda isə koronavirusa yoluxan məşhurlardan Xalq artisti Teymur Mustafayev dünyasını dəyişib. Əməkdar artist Bəhram Bağırzadə isə xəstəliyə qalib gələrək ölümdən dönüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri