27 
Noy
2020
11:42
308
11
2180
Virtual karabakh

İkinci müddətə namizədliklə bağlı Zelenskinin planları açıqlanıb

27 Noy, 2020
11:42
2180

İkinci müddətə namizədliklə bağlı Zelenskinin planları açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın dövlət başçısı Vladimir Zelenski ikinci müddət üçün prezidentlik seçkilərinə namizədliyini verə bilər.

“Korrespondent”in məlumatına görə, bu barədə prezident ofisinin başçısının müavini Kirill Timoşenko bildirib.

Onun sözlərinə görə, ölkədəki vəziyyəti dəyişdirmək üçün bir prezidentlik müddəti yetərli deyil. 

“Bu qısa müddətdir və obyektiv olaraq kifayət deyil”, - deyə o vurğulayıb.

Eyni zamanda, Timoşenko Zelenskinin yeni seçkilərə yaxın müddətdə qərarını elan edəcəyini vurğulayıb.

“Prezident həqiqətən ölkəni inkişaf etdirmək istəyir. Axı o prezidentdir. Gedib getməyəcəyini özü müəyyənləşdir”, - deyə o əlavə edib.

Ukrayna prezidenti may ayında ikinci müddət üçün namizədliyini verə biləcəyini istisna etməmişdi.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri