28 
Noy
2020
02:35
223
26
2407
Virtual karabakh

Bolsonaro: “Peyvənd olunmayacağam”

28 Noy, 2020
02:35
2407

Bolsonaro: “Peyvənd olunmayacağam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya Prezidenti Jair Bolsonaro koronavirusa qarşı peyvənd olunmayacağını deyib.

“Haber Global” məlumat verir ki, Braziliya başçısı ölkəsində məcburi peyvəndləmə ehtimalının çox az olduğunu bildirib.

“Peyvənd olunmayacağam. Bu mənim haqqımdır”, - o qeyd edib.

Bolsonaronun sözlərinə görə, maska taxmağın virusa yoluxmanın qarşısını almasına dair sübut azdır.

Xatırladaq ki, Braziliya başçısı koronavirusun ikinci dalğasını qarşısının alınması üçün küçələrə çıxma qadağasının tətbiqi barədə fikirləri “dəlilik” adlandırıb. İyulun 7-də koronavirus testi pozitiv çıxan Bolsonaro iyulun 25-də sağalıb.

Qeyd edək ki, Braziliya koronavirusdan ölüm sayına görə (171 497 nəfər) dünyada ikinci yerdədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri