30 
Noy
2020
06:50
30
210
5724
Virtual karabakh

“Meyiti yandırılan” kişi evə qayıtdı

30 Noy, 2020
06:50
5724

“Meyiti yandırılan” kişi evə qayıtdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda kişi “meyiti yandırıldıqdan” sonra evinə qayıdıb.

Bu barədə NDTV xəbər verir.

Belə ki, noyabr ayının əvvəlində 75 yaşlı hindistanlıda koronavirus aşkar edilib. O, xəstəxanaya yerləşdirilib və iki gün sonra qohumlarına onun ölüm barədə xəbər verilib. Cəsəd koronavirusun yayılmasının qarşısını almaq üçün qaydalara uyğun olaraq saxlanılıb və kişinin üzü yaxınlarına açıq şəkildə göstərilməyib.

Yaxınlarının dediklərinə görə, onlar cəsədi kremasiya (yandırmaq) etdikləri zaman xəstəxanadan zəng gəlib və kişinin sağaldığını, xəstəxanadan götürülməsinin lazım olduğunu xəbər veriblər.

Onun oğlu deyib ki, “Şok və təəccüb içindəyik. Onu evə gətirdik. Kimin yandırıldığını bilmirik”.

Məlum olub ki, kişi koronavirusdan ölən başqa bir xəstə ilə səhv düşüb.

Şimali Bengal Dövlət Səhiyyə Departamenti hadisəni araşdırmaq üçün komitə yaradıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri