29 
Noy
2020
14:25
26
305
3425
Virtual karabakh

Canlı yayımda jurnalistə hücum edildi - VİDEO

29 Noy, 2020
14:25
3425

Canlı yayımda jurnalistə hücum edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“NewsOne” telekanalının jurnalisti Violetta Tovkes Ukraynanın Kiyev şəhərində hücuma məruz qalıb.

“RİA Novosti” xəbər verir ki, hadisə jurnalist SSRİ-də 1932-1933-cü illərdə qıtlığın qurbanlarının xatirəsinə həsr olunmuş mərasimlə bağlı canlı efirdə çıxışı zamanı baş verib.

Kadrlardan görünür ki, naməlum kişi qızın əlindəki mikrofonu və yas şamını alıb yerə çırpıb, ona qışqırıb və sonra hadisə yerindən qaçıb.

Kanal rəhbərliyi günahkarların məsuliyyətə cəlb edilməsi üçün mümkün olan bütün tədbirləri görəcəyinə söz verib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri