29 
Noy
2020
17:01
53
646
15790
Virtual karabakh

Dünyada daha bir dəhşətli epidemiya XƏBƏRDARLIĞI

29 Noy, 2020
17:01
15790

Dünyada daha bir dəhşətli epidemiya XƏBƏRDARLIĞI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov dünya üçün yüksək ölümlə nəticələnəcək yeni bir epidemiya proqnozlaşdırıb.

Bu barədə o, “Telegram” kanalında yazıb.

Həkimin sözlərinə görə, insanlar COVID-19 kimi epidemiyalara hazır deyillər. Xüsusilə onlarla mübarizə aparacaq universal bir peyvənd yoxdur:

“35-40 faiz ölüm nisbəti ilə bir virus gəlirsə, ona qarşı peyvəndin yaradılmasına qədər on milyonlarla insan ölür. Demək istəyirəm ki, indi bütün alimlər səylərini belə bir peyvəndin yaradılması üzərində cəmləşdirməlidirlər! İstənilən pulu, vasitəni təmin edin. Yoxsa sonradan baha başa gələcək”.

Myasnikova görə, bəşəriyyət üçün quş və ya donuz qripi təhlükəsi var.

“Virusoloqların yazdığı kimi: Bir-iki mutasiyadan sonra bizi ciddi epidemiya gözləyir. (...) Çində də quşlarda və donuzlarda mutasiya davamlı olaraq qeydə alınır, fəlakətə bir addım var!” - mütəxəssis vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri