30 
Noy
2020
12:00
34
252
2541
Virtual karabakh

Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək

30 Noy, 2020
12:00
2541

Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Co Bayden bu gün ilk prezident brifinqini keçirəcək.

Bu barədə “Reuters” demokratın ofisinə istinadla xəbər verir.

Bildirilir ki, brifinq zamanı Bayden xüsusi xidmət orqanlarından məlumat alacaq və sonra məsləhətçiləri ilə görüşəcək.

O da məlum olub ki, Ağ Evin mətbuat katibi kimi Cen Psakinin təyin edilməsi planlaşdırılır. O, əvvəllər Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri idi. Bu vəzifədə Psaki bir sıra qalmaqallı və gülünc açıqlamaları ilə (Məsələn “qazın Avropadan Rusiyaya getdiyini”, yaxud Həştərxan bölgəsinin Ukrayna ilə həmsərhəd olduğunu demişdi) yadda qalıb.

Bayden komandasının saytı administrasiyada jurnalistlərlə işləmək üçün bütün əsas vəzifələrin qadınlara veriləcəyini bildirib.

Bundan əlavə məlumatda qeyd edilir ki, Donald Tramp administrasiyası hökumətin təhvil verilməsi proseduru üçün “yaşıl işıq” yandırmışdı. Buna baxmayaraq, onun seçki qərargahı bütün səsləri saymaq üçün məhkəmə proseslərinə davam edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri