30 
Noy
2020
17:30
56
288
2875
Virtual karabakh

Bu il COVID-19 dünya turizminə üç trilyon dollar ziyan vurub - VİDEO

30 Noy, 2020
17:30
2875

Bu il COVID-19 dünya turizminə üç trilyon dollar ziyan vurub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qlobal turizmə 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən dəymiş ziyan üç trilyon dollardır. 

Baku TV xəbər verir ki, bu barədə Dünya Turizm Forumu İnstitutunun rəhbəri Bulut Bağcı məlumat yayıb.

Bulut Bağçı gələn il bu rəqəmin peyvənd işləri, həmçinin, görülən tədbirlərə görə bir trilyon dollara enəcəyini qeyd edib. 

Dünya Turizm Forumu İnstitutunun açıqlamasında bildirilib ki, Avropa Parlamentinin prezidenti David Sassoli və 11 ölkənin turizm nazirinin iştirakı ilə təşkil olunan Qlobal Turizm Forumu artıq yekunlaşıb. Forumda COVID-19-un turizmə təsirləri və bu sahənin dirçəldilməsi istiqamətində fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, əsas gəlir mənbəyi turizm olan ölkələrdən biri qonşu Türkiyədir ki, bu ölkədə pandemiya səbəbindən 2020-ci ilin son 10 ayında ölkəyə səfər edən xarici turistlərin sayı ötən illə müqayisədə, 72,5 faiz azalıb.

2020-ci ilin yanvar-oktyabr aylarında ölkə 11,2 milyon xarici qonaq qəbul edib. 2019-cu ilin eyni dövründə isə bu göstərici 41 milyon nəfər olub. Gürcüstan isə turizmdən 516 milyon ABŞ dolları gəlir əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 81 faiz və yaxud 5,3 dəfə azdır. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri