Dek
2020
05:28
278
20
1538
Virtual karabakh

Sinqapurlu alimlər COVID-19 testinin nəticəsini beş dəqiqəyə müəyyən edən cihaz hazırlayıblar

1 Dek, 2020
05:28
1538

Sinqapurlu alimlər COVID-19 testinin nəticəsini beş dəqiqəyə müəyyən edən cihaz hazırlayıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sinqapurlu alimlər beş dəqiqə ərzində koronavirus ilə bağlı PZR testinin nəticələrini əldə etməyə imkan verən cihazı ictimaiyyətə təqdim ediblər.

TASS agentliyi xəbər verir ki, bu barədə cihazı hazırlayan “Cell ID” şirkətinin baş texniki direktoru Hander Sim məlumat verib.

H. Sim bildirib ki, ağız və burun boşluğundan götürülən yaxma xüsusi məhlulla qarışdırılır və ölçüləri bank kartı ilə müqayisə edilə bilən yeni cihazın kiçik bir hissəsinə yerləşdirilir.

“Ardından cihaz USB vasitəsi ilə kompüterə bağlanır və xüsusi proqram vasitəsi ilə analiz aparılır. Beş dəqiqə ərzində COVID-19 nəticələri əldə olunur”, - deyə cihazı hazırlayan şirkətin texniki direktoru bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri