Dek
2020
07:10
137
40
5119
Virtual karabakh

Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib - FOTO

2 Dek, 2020
07:10
5119

Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Southwest Airlines” aviaşirkəti bir neçə gün əvvəl ABŞ-ın Yuta ştatında səhrada tapılan parlaq metal sütunu oğurladığını “etiraf” edib.

“Hamı bağışlasın, amma ona yenidən ehtiyacımız oldu”, - deyə “Southwest Airlines” şirkəti öz “Twitter” səhifəsində yazıb.

“Southwest Airlines”in zarafatcıl əməkdaşları həmçinin qeyd ediblər ki, parlaq metal sütun əvvəldən şirkətə məxsus olub və texniki informasiya əldə etmək üçün istifadə edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ-ın Yuta ştatında səhrada tapılan iki insan boyunda sirli parlaq metal sütunun qəfil peyda olduğu kimi yoxa çıxdığı barədə xəbər yayılmışdı.

İnternet istifadəçiləri təsadüfən havadan müşahidə olunan zaman görünən sütunun məşhur Stenli Kubrikin “A space Odyssey” filminin qara monolitinə çox bənzədiyini qeyd edirlər.

İzdiham yaratmamaq üçün onun dəqiq koordinatları açıqlanmamışdı.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri