Dek
2020
11:18
133
25
7563
Virtual karabakh

Macarıstanlı deputat biabırçı şəkildə tapıldı

2 Dek, 2020
11:18
7563

Macarıstanlı deputat biabırçı şəkildə tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanın hakim “Fides” partiyasından olan millət vəkili Jozef Sayer Belçika mediasının “gey orgiyası” kimi qələmə verdiyi ziyafətdə polis tərəfindən tutulduqdan sonra istefa verib.

“Belga” xəbər verir ki, Macarıstan Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi partiya ənənəvi ailə dəyərlərinin qorunması və uşaqların eyni cinsli cütlüklər tərəfindən övladlığa götürülməsinə qarşı olduğunu bildirib.

Ziyafətdəki iştirakçıların əksəriyyətinin kişilər olduğu bildirilir. Onların bəzilərinin paltarı olmayıb.

Sayer 16 il Avropa parlamentinin üzvü kimi fəaliyyət göstərib. Onun arvadı Macarıstan Konstitusiya Məhkəməsinin hakimidir.

Jozef Sayerin istefası və adının biabırçı qalmaqalla hallanması Macarıstanı son on ildə idarə edən partiya üçün ciddi zərbədir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri