Dek
2020
17:36
422
21
1913
Virtual karabakh

Yaponiyada koronavirusdan vaksinasiya pulsuz olacaq

2 Dek, 2020
17:36
1913

Yaponiyada koronavirusdan vaksinasiya pulsuz olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiya Parlamentinin Yuxarı Palatası, qanunvericilikdə COVID-19-a qarşı bütün əhalinin pulsuz vaksinasiya edilməsinə imkan verəcək mövcud dəyişiklikləri təsdiqləyib.

Bu barədə “Kyodo” xəbər yayıb.

Bildirilir ki, qanunvericilik çərçivəsində Yaponiya hökuməti gələn ilin ortalarına qədər bütün əhalinin aşılanması üçün lazım olan dozaları hazırlamaq niyyətindədir.

Bütün aşılama xərclərinin hökumət tərəfindən ödəniləcəyi vurğulanıb. Peyvənddən əlavə təsirlər olması halında, dövlət bunu kompensasiya edəcək.

Dəyişikliklər yekdilliklə qəbul edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri