Dek
2020
16:03
20
293
2845
Virtual karabakh

Hətta yüngül keçirilsə belə koronavirus orqanizmi qocaldır

2 Dek, 2020
16:03
2845

Hətta yüngül keçirilsə belə koronavirus orqanizmi qocaldır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yüngül formada keçirilsə belə koronavirus infeksiyası bədənin erkən yaşlanmasına gətirib çıxarır.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Corc Meyson Universitetinin Sistem Biologiya Məktəbinin professoru Ança Baranova xəbərdarlıq edib.

O, noyabr ayında COVID-19-u orta və yüngül formada keçirən insanları müayinə edən bir qrup həkimin işinin nəticələrinin dərc edildiyini vurğulayıb.

“Xəstəliyi yüngül keçirən insanların 70 faizində bəzi daxili orqanların patologiyası müşahidə olunub. Amma əsas patologiya ürəklə bağlı deyil, əsasən yağlı hepatoz (qaraciyər əziyyət çəkir) və mədəaltı vəzin toxumasının yağ degenerasiyası idi. Adətən bu cür diaqnozlar 60 yaşında qoyulur, koronavirusu keçirən insanlarda isə bu göstərici 40 yaşdır”, - deyə o vurğulayıb.

“Deyərdim ki, koronavirus qocalığımızı daha da yaxınlaşdırır”, - deyə Baranova əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri