Dek
2020
15:13
448
16
2513
Virtual karabakh

Britaniyada türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndi istifadə ediləcək

2 Dek, 2020
15:13
2513

Britaniyada türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndi istifadə ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya “Biontech” və “Pfizer” tərəfindən hazırlanmış yeni növ koronavirus peyvəndinin geniş yayılmış istifadəsini təsdiqləyən ilk ölkə olub.

“Haber Global” məlumat verir ki, ölkədə koronavirusa qarşı hazırlanmış və 95 faiz effektivliyini göstərən “Pfizer/BioNTech” peyvəndinin istifadəsi rəsmi olaraq təsdiqlənib.

Peyvəndin gələn həftədən etibarən tətbiq oluna biləcəyi açıqlanıb.

Yaxın vaxtlarda prioritet olaraq peyvənd ediləcək qruplara dair son tövsiyələrin deyiləcəyi bildirilib.

Peyvəndi ABŞ əczaçılıq şirkəti “Pfizer” və türkiyəli alim, professor Uğur Şahinin qurucu ortağı olduğu Alman biotexnologiya şirkəti “BioNTech” hazırlayıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri