Dek
2020
16:31
164
18
1105
Virtual karabakh

Gürcüstan XİN parlamentdəki müxalifəti işə gəlməyə çağırdı

3 Dek, 2020
16:31
1105

Gürcüstan XİN parlamentdəki müxalifəti işə gəlməyə çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan Xarici İşlər naziri (XİN) David Zalkaliani müxalifətin boykota son verməli və doğru qərara gəlməli olduğunu deyib.

Bu barədə “Sputnik Gürcüstan” xəbər yayıb.

Zalkalianinin sözlərinə görə, Gürcüstanın beynəlxalq və strateji tərəfdaşları yekdilliklə hakim partiyanın müxaliflərini boykota son verməyə çağırırlar, çünki bu, vəziyyətdən çıxış yolu deyil.

“Əminəm ki, bu gün boykot rejimində olan müxaliflər bunu nəzərə alacaqlar, çünki burada söhbət ölkəmizin dövlət maraqlarından gedir”, - gürcüstanlı nazir qeyd edib.

O, müxalifətin partiyanın deyil, dövlətin maraqlarını əsas götürərək, qərar verməli olduğunu vurğulayıb:

“Ölkənin bu gün hərzamankındən daha çox tam konsolidasiyaya ehtiyacı var. Düşünürəm ki, sağlam düşüncə mütləq qalib gələcək”.

Xatırladaq ki, 31 oktyabr 2020-ci ildə Gürcüstanda yeni seçki sistemi əsasında 10-cu çağırış parlamenti seçilib. Müxalifət seçki saxtakarlığı ilə bağlı boykot keçirərək, nəticələri tanımaqdan etməkdən imtina edir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri