Dek
2020
07:32
154
7
7135
Virtual karabakh

Turistlər üçün ən etibarlı ölkə giriş şərtlərini açıqladı

4 Dek, 2020
07:32
7135

Turistlər üçün ən etibarlı ölkə giriş şərtlərini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səyyahlar üçün ən etibarlı ölkə sayılan İslandiya hökuməti turistlərin ölkəyə giriş şərtlərini açıqlayıb.

Bu barədə “Travel and Leisure” portalı məlumat verir.

Bildirilir ki, 10 dekabrdan etibarən koronavirusu keçirən əcnəbilər dövlətin ərazisinə koronavirus üçün məcburi test edilmədən və 14 günlük karantində qalmadan keçə biləcəklər.

Sərhədi keçmək üçün turistlərin 14 gün ərzində müsbət nəticəli COVID-19 test nəticəsini göstərərək sağaldıqlarını sübut etmələri lazımdır.

“Bu tədbirlər sərhəddən ölkəyə yoluxma riskini məhdudlaşdırmaq üçün hazırlanıb. Həm də ümid edirik ki, təsirli peyvəndlərin hazırlanması yeni ilin ilk həftələrində məhdudlaşdırıcı tədbirləri yenidən nəzərdən keçirməyimizə imkan verəcək”, - deyə İslandiya Baş naziri Katrin Yakobsdottir qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri