Dek
2020
09:14
22
700
7099
Virtual karabakh

Afrika işçi qrupunun rəhbəri Türkiyə sülhməramlılarına qarşı çıxıb? - VİDEO

4 Dek, 2020
09:14
7099

Afrika işçi qrupunun rəhbəri Türkiyə sülhməramlılarına qarşı çıxıb? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib.

“MediaPost” xəbər verir ki, Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. O, müsahibəsində Türkiyə Ordusunun Dağlıq Qarabağa gəlməməli olduğunu və əks təqdirdə bunun regiondakı təhlükəsizliyə xələl gətirə biləcəyini qeyd edib.

Məsələ ilə bağlı haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev facebook səhifəsində bu sözləri yazıb:

“Deputat Rasim Musabəyov Türk qoşunlarının Azərbaycanda sülhməramlı əməliyyatlarda iştirakının əleyhinə çıxdı. Çox yaramaz adamdır, həmişə yazıb demişəm”.

Rasim Musabəyovun “MediaPost”a açıqlamasına görə, deyilən tənqidlərə belə münasibət bildirib:

“Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam. Belə boş-boş məsələlərə görə məni narahat etməyin”. 

Qeyd edək ki, Rasim Musabəyov Azərbaycan – Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəridir. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri