Dek
2020
06:40
19
456
4288
Virtual karabakh

Nənəsinə qəzəblənən nəvə onu döyərək öldürdü

Rusiyanın Lipetsk şəhərində 31 yaşlı kişi 78 yaşlı nənəsini döyərək öldürüb. 

REN TV xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

Bildirilib ki, nəvə nənəsinin evinə gələrək, ona otaqlardan birində qalmaq istədiyini deyib. 

Bu zaman nəvə ilə nənə arasında mübahisə yaranıb. Nənə əlindəki stəkanı kişinin başında sındırıb. 

Bundan qəzəblənən nəvə yaşlı qadını döyüb. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib. 

Kişi meyitin üzərini örtərək, hadisə yerindən qaçıb. 

Qadının meyitini digər nəvəsi aşkarlayıb və polisə məlumat verib.

Qatil saxlanılıb. Onu 15 ilədək həbs cəzası gözləyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri