Dek
2020
18:48
45
295
16521
Virtual karabakh

Koronavirusa yoluxduqdan altı gün sonra xəstədə baş verən dəyişikliklər açıqlandı

5 Dek, 2020
18:48
16521

Koronavirusa yoluxduqdan altı gün sonra xəstədə baş verən dəyişikliklər açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qrip və kəskin respirator virus infeksiyalarında olduğu kimi koronavirusda da yoluxmadan altı gün sonra xəstənin vəziyyəti yüngülləşir.

“Komsomolskaya Pravda”nın məlumatına görə, bu barədə rusiyalı tibb elmləri namizədi, ən yüksək kateqoriyalı viroloq Anna Demina bildirib.

O, buna baxmayaraq əzginlik, burun tıxanıqlığı və yüngül öskürəyin daha uzun müddət davam edə biləcəyini deyib.

COVID-19-u ağır keçirən xəstələrə gəldikdə isə viroloq bildirib ki, onlarda xroniki xəstəliklər şiddətlənə bilər.

“Qızdırma salan dərmanlar ya təsir etməyəcək, ya da zəif təsir edəcək. Xəstədə həmçinin sinə ağrısı və ya nəfəs almaqda çətinlik yarana bilər”, - deyə Anna Demina bildirib.

Onun sözlərinə görə, bu kimi hallarda təcili tibbi yardım tələb olunur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri