Dek
2020
15:48
47
727
7843
Virtual karabakh

İzləyici toplamaq üçün “Gelandewagen”i dəmir yığınına çevirdi - VİDEO

5 Dek, 2020
15:48
7843

İzləyici toplamaq üçün “Gelandewagen”i dəmir yığınına çevirdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Yekaterinburq şəhərində bloqer “HiMan” izləyici qazanmaq üçün “Gelandewagen” avtomobilini dəmir yığınına çevirib.

REN TV bununla bağlı kadrları yayımlayıb.

O, bir ay əvvəl Yeni İlədək 20 milyon abunəçi toplamayacağı təqdirdə maşını məhv edəcəyinə söz vermişdi. Lakin o, bir aya yalnız 245 min nəfər izləyici yığa bilib.

Buna görə də bloqer oyunun şərtlərini dəyişdirməyə qərar verib. Belə ki, o, nəticələri gözləmədən bahalı maşını dəmir yığınına çevirib.

“Salondan yenisini alacağam və 1 yanvar 2021-ci ildə kanalda 20 milyon abunəçim olarsa, onu da məhv edəcəyəm”, - deyə “HiMan” yeni şərtini açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri